XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Daha iki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı 
İdman 12:38 / 25.02.2026

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja” beynəlxalq turniri davam edir 
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb. 
55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə təsadüf edəcək.
Malik Həsənov (65 kq) turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.
Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.


3708 oxunub

InvestAZ