XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Stolüstü tennisçilər "Baku Open"də bir araya gələcək
İdman 11:48 / 24.02.2026

Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan "Baku Open" turniri keçiriləcək.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarış "Şüa" İdman Kompleksində təşkil olunacaq.

Turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər çıxış edəcəklər.

Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. Aprelin 4-5-i və 11-12-də keçiriləcək yarışın mükafat fondu 3 000 manat olacaq.


2742 oxunub

InvestAZ