XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Xizək alpinistlərimiz Türkiyədə mükafatçılar sırasında yer aldı
İdman 12:12 / 02.03.2026

Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil olunan "Türkiye Open Sprint Cup" yarışında uğurla çıxış ediblər.

Olimpiyadunyasi.com Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, fevralın 28-dən martın 1-dək keçirilən turnirdə ölkəmizi Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, 15 idmançı arasında mübarizə aparan Abel İsmixanov qızıl medala sahib olub.

Digər təmsilçimiz Nurid Şəkərəliyev isə yarışı ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.


2352 oxunub

InvestAZ