XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Həndbol üzrə Lerik rayon birinciliyi keçirilib
İdman 12:16 / 26.02.2026

V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında həndbol üzrə Lerik rayon birinciliyi keçirilib. 2 gün davam edən yarışlarda rayon ümumtəhsil məktəblərinin 4 komandası mübarizə aparıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə Valeh Müslümov adına 2 saylı tam orta məktəb I yerə layiq görülüb. Meydan sahibləri birinciliyin ikincisi olublar. Üçüncü yeri isə Lerik şəhəri Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyi tutub.

Birinciliyin təşkilatçısı tərəfindən qalib komandalara diplomlar təqdim olunub.


2388 oxunub

InvestAZ