XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Skopye-2025: Cüdoçumuzun bürünc medal şansı qalır
İdman 14:35 / 25.07.2025

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlar davam edir.

Bu gün komandamızın daha iki üzvü tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Sübhan Axundov (+90 kq) 1/8 finalda italiyalı Miçel Koriska üzərində texniki qələbə qazanıb. Lakin idmançımız növbəti mərhələdə fransal ıAzriel Dekenne Diffoya məğlub olub. Fransalı idmançı finala çıxacağı təqdirdə cüdoçumuz təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.

Bu gün mübarizə aparan digər cüdoçumuz Zemfira Əliyeva (+70 kq) isə 1/16 finalda Mixaella Hoellvarta (Avstriya) məğlub olub.


8321 oxunub

InvestAZ