XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Voleybol Federasiyası həmkarlarımızı bir araya toplayıb
İdman 17:16 / 21.07.2025
Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir təşkil edib.
"Hyatt Regency Baku" hotelində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü açan Şahin Bağırov media nümayəndələrini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə böyük ənənələri olan voleybol idmanı hər zaman medianın diqqət mərkəzində olub. Azərbaycan idmanında əldə olunan uğurların carçısı olan media bu sahənin inkişafında öz töhvəsini verir. Şahin Bağırov onu da vurğulayıb ki, Azərbaycan voleybolu yeni dövrünə qədəm qoyur. Tezliklə voleybolumuz yeni nailiyyətlərlə gündəmə gələcək. Məhz bu nailiyyətləri ictimaiyyətə media nümayəndələri təqdim edəcək.
AVF-in vitse-prezident Faiq Qarayev də öz növbəsində həmkarlarımızı təbrik edərək, onların necə böyük və məsuliyyətli işin öhdəsindən gəldiklərini vurğulayıb.
Çıxışlar başa çatdıqdan sonra bu il Azərbaycan voleybolu ilə bağlı mühüm əlamətdar tədbirlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Voleybol Federasiyası tərəfindən 22 İyul - Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrinə təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, federasiya tərəfindən mükafat alan media qurumları arasında "Olimpiya dünyası" qəzeti də yer alıb.

12950 oxunub

InvestAZ