XƏBƏR LENTİ
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025
19 İyul 2025
18 İyul 2025



Azərbaycan cüdoçusu EYOF-2025-də bürünc medal qazandı
İdman 20:09 / 24.07.2025

Azərbaycan komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti medalını qazanıb.

Cüdo yarışlarının üçüncü günündə tatami üzərinə çıxan Məhəmməd Ağakişiyev (-73 kq) bürünc medala layiq görülüb.

Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ilk mərhələdə erməni idmançısı Tiqran Saruxanyanı ipponla məğlub edib. Növbəti görüşdə israilli Şahaf Levini də üstələyən idmançımız yarımfinalda gürcüstanlı Valisi Qamezardaşviliyə məğlub olub.

Mübarizəni bürünc medal uğrunda görüşdə davam etdirən Məhəmməd Ağakişiyevhəlledici görüşdə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Aleksandr Aleinikova qalib gələrək üçüncü yerə sahib çıxıb.

Bununla da Azərbaycan komandasının Skopye-2025-də qazandığı medalların sayı 7-yə (3 qızıl, 2 gümüş, 2 bürünc) çatıb.

Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçularımız - Amin Mehdiyev (-81 kq), Səmayə Yusifli (-57 kq) və Ayan Əliyeva (-63 kq) erkən mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.



750 oxunub

InvestAZ