XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



KİV nümayəndələri arasında velosiped yarışı keçirilib
İdman 20:45 / 19.07.2025

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında velosiped yarışı təşkil edib. Veloparkda keçirilən tədbirdə 40-a yaxın media nümayəndəsi öz fiziki hazırlığını və idmana olan marağını nümayiş etdirib.

Olimpiyadunyasi.com Azərbaycan Velosiped Idmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə yarımfinal yürüşləri keçirilib və finalçılar müəyyənləşib. Həlledici mərhələdə qadınlar arasında Nazilə Əhmədova (Real TV) bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olub. Aysu Haqverdiyeva (Baku TV) 2-ci, Vüsalə Səid isə 3-cü olub. Kişilər arasında Feyruz Rəhimov (CBC TV) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abbas Nəsirov (Baku TV) və Ümid Süleymanov (İdman TV) müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Yarışda fərqlənən media nümayəndələrinə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov təqdim edib. Tədbirin bütün iştirakçılarına xatirə sertifikatları verilib.
Tədbir çərçivəsində Azərbaycanın velosiped idmanı üzrə yığma komandasının yeni formasının təqdimatı da olub.


11650 oxunub

InvestAZ