Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının beşinci yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, yarışların beşinci günündə Azərbaycan komandası 6 (cüdo, taekvondo, üzgüçülük, atletika, idman gimnastikası, atıcılıq) idman növündə mübarizə aparacaq.
Fərdi yarışlarda qüvvəsini sınayacaq 10 idmançımızla yanaşı, güllə atıcılığı (duet HİT/MİSS) yarışlarında da komandamız mübarizə aparacaq.
İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:
25 iyul
09:00. Taekvondo (oğlanlar),
73 kq
İdmançı: Duşku (Monteneqro) - Yunis
Hüseynov (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:00.Üzgüçülük (qızlar), təsnifat yarışı, I seçmə mərhələ
İdmançı:Mehri Əbdürrəhmanlı (50 m sərbəst üsul)
İdmançı:Vlastilina Xasyanova (50 m sərbəst üsul)
Məkan:Skopye Olimpiya Üzgüçülük Mərkəzi
09:40.Üzgüçülük (oğlanlar), təsnifat yarışı, I seçmə mərhələ
İdmançı:Amin Oruclu (400 m kompleks üzmə)
Məkan:Skopye Olimpiya Üzgüçülük Mərkəzi
09:48. Taekvondo (oğlanlar),
+73 kq
İdmançı:Nikola Vitkoviç (Serbiya) – Elcan
Əliyev (Azərbaycan)
Məkan:Skopye Bədən Tərbiyəsi Universiteti
09:50. Güllə atıcılığı (duet HİT/MİSS)
İdmançı: Oleq Kerjankin, Leyli Əliyeva (pnevmatik tapança,10 m)
Məkan: "Partizan” idman zalı
11:00.Atletika (oğlanlar),təsnifat mərhələsi, B qrupu
İdmançı:Əmir İsmayılov (Uzunluğa tullanma)
Məkan:Todor Proeski milli stadionu
11:00.Cüdo (qızlar), +70 kq
İdmançı: Mixaela Hoellvart (Avstriya) -Zemfira
Əliyeva (Azərbaycan)
Məkan:Yan Sandanski İdman Mərkəzi
11:10.Cüdo (oğlanlar), +90 kq
İdmançı: Sübhan Axundov
Məkan:Yan Sandanski İdman Mərkəzi
14:30. İdman gimnastikası (qızlar), final mərhələsi
İdmançı:Albina Əliyeva (dayaqlı tullanma)
Məkan: "Qradski Vrt” yarış zalı (Osiek, Xorvatiya)
18:35.Atletika (oğlanlar), final mərhələsi
İdmançı:Toğrul Şahtahtinski (çəkicatma)
Məkan: Todor Proeski milli stadionu