XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Atıcılarımız Fransada uğurla çıxış ediblər
İdman 10:35 / 29.07.2025

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan idmançıları uğurlu nəticə əldə ediblər.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanıb.

Medal qarşılaşmasında təmsilçilərimiz Stefan Nilsson Şoen və Viktoria Larssondan ibarət İsveç duetinə qarşı üstün oyun nümayiş etdirərək inamlı qələbə ilə 3-cü yeri təmin ediblər.


8508 oxunub

InvestAZ