XƏBƏR LENTİ
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatdı
İdman 16:05 / 18.06.2025
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışlarının II turuna yekun vurulub.
İki gün davam edən yarışda 92 klub və idman cəmiyyətindən olan 466 idmançı (383 oğlan, 83 qız) iştirak edib. Turnirdə ümumilikdə 18 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Qaliblər diplom və medallarla təltif olunublar. Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

10532 oxunub

InvestAZ