Stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Bu barədə Azərbaycan StolüstüTennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Seçmə komandamızın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Seçmə komandamızın üzvləri mütəmadi olaraq Çində təşkil olunan hazırlıq proseslərində iştirak edirlər.