XƏBƏR LENTİ
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025
05 İyun 2025



Nazir UFC gecəsində döyüşəcək Azərbaycan idmançılarını qəbul edib
İdman 10:43 / 18.06.2025

İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.



251 oxunub

InvestAZ