XƏBƏR LENTİ
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025
05 İyun 2025



Dünya çempionatı: Zelim Kotsoyev üçün bürünc medal şansı
İdman 17:35 / 18.06.2025

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Fərdi yarışların 6-cı günündə daha bir idmançımız - Avropa, dünya və Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) tatami üzərinə çıxıb.

Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdəitaliyalı Cennaro Pirellidən güclü olub. 1/8 finalda qazaxıstanlı Marat Baykamurovu da mübarizədən kənarlaşdıran Olimpiya çempionumuznövbəti görüşdəArman Adamyanla (İJF) üz-üzə gəlib. Təəssüf ki, bu qarşılaşmadan rəqib idmançı qələbə ilə ayrılıb. Cüdoçumuz üçüncü yer uğrundatəsəlliverici görüşdəispaniyalı Nikolos Şerazadişviliyə qalib gəlib. Zelim Kotsoyev bürünc medal uğrunda həlledici qarşılaşmada Cənubi Koreya təmsilçisi Sex-Yon Kimlə qarşılaşacaq. Final bloku saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırda komandamızın aktivinə iki bürünc medal var. Millimizin aktivinə medalları Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) yazdırıb. Dünya çempionatının fərdi yarışlarına sabah yekun vurulacaq. Ertəsi gün isə cüdoçularımız qarışıq komanda yarışlarında iştirak edəcəklər.


266 oxunub

InvestAZ