XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Karateçilərimiz Moldovada altı medal qazanıblar
İdman 15:02 / 17.06.2025

Azərbaycan Respublikası Deflimpiya Komitəsinin karateçiləri Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən "Chisinau Karate Open Grand Prix” turnirində uğurla çıxış ediblər.

Deflimpiya Komitəsindən verilən məlumata görə, yarışda 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla ümumilikdə 16 nəfər azərbaycanlı idmançı mübarizə aparıb.

Müxtəlif ölkələrdən 287 idmançının iştirak etdiyi turnirdə "Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 3 bürünc medalla təltif olunublar.

Komandamıza qızıl medalı 67 kq çəki dərəcəsində mübarizə apran Elnur Qasımzadə qazandırıb. Hikmət Ağayev (60 kq) və Əliəkbər Əlizadə (75 kq) gümüş, Şaiq Osmanov (75 kq), Sahib Sahibli və Elmin Hüseynli (hər ikisi 84 kiloqram) bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.


13951 oxunub

InvestAZ