XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Sabah" Premyer Liqada iki rekordu təkrarladı
İdman 11:23 / 11.03.2026

Azərbaycan Premyer Liqasında iki rekord təkrarlanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat verib.

"Sabah" Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də ən böyük fərqli qələbənin təkrarı olub. 2022-ci il dekabrın 23-də "Sumqayıt"ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/2023 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn "Sabah" eyni uğuru evdə təkrarlayıb.

"Sabah" Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında "Qarabağ" "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.


3198 oxunub

InvestAZ