XƏBƏR LENTİ
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Türkiyədən 6 medalla
İdman 16:23 / 28.04.2026
Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatı "Judo Club 2012” idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb. 17 ölkənin qatıldığı mötəbər yarışda klubun karateçiləri uğurla çıxış edərək ümumilikdə 6 medal qazanıblar.
Aprelin 24-dən 26-dək təşkil olunan çempionatda "Judo Club 2012”nin üzvləri 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Veteranlar arasında 45 yaşadək idmançıların açıq çəki dərəcəsində çıxış edən Elnur Əliyev bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
Klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən Fərhad Cəfərov 6-7 yaş qrupu üzrə yarışda -25 kq çəki dərəcəsində dünya çempionu adına layiq görülüb.
Klubun istedadlı xanım idmançılarından olan Suri Məmmədzadə gümüş medal qazanaraq karyerasında ilk böyük uğuruna imza atıb. 14–15 yaş qrupunda mübarizə aparan gənc karateçi +54 kq çəki dərəcəsində ardıcıl qələbələr qazanaraq finala yüksəlib. Yarış boyu rəqiblərinə qarşı üstün mübarizə nümayiş etdirən idmançımız yalnız həlledici görüşdə məğlub olub və bununla da klubun ümumi uğuruna mühüm töhfə verib. 
Klubun aktivinə digər gümüş medalı isə Cəbrayıl Cavadov (8-9 yaş, -35 kq) yazdırıb. Böyüklər arasında keçirilən yarışda isə Ülvi Məmmədov (18+ yaş, +75 kq) bürünc medal qazanaraq klubun ümumi uğuruna töhfə verib.
Komanda yarışlarında isə Nicat Bilalov, Əli Əsədullazadə, Cavad Cəfərov və Mikayıl İsmayılovdan ibarət heyət gənclər və U-14 yaş qrupu üzrə ikinci yeri tutaraq gümüş medala sahib olub.

343 oxunub

InvestAZ