"Judo Club 2012”nin baş məşqçisi İmran İmanovun yetirməsi Elşən Fərzəliyev növbəti uğura imza atıb.
Klubdan Olimpiyadunyasi.com-a verilən məlumata görə, Serbiyanın Novi Sad şəhərində yeniyetmələr arasında keçirilən sambo üzrə Avropa birinciliyində Azərbaycan yığmasının heyətində yer alan idmançı fəxri kürsüyə qalxıb.
+98 kq çəki dərəcəsində mübarizə aparan Elşən Fərzəliyev bürünc medala sahib çıxıb.
Mübarizəyə 1/8 finaldan başlayan idmançı əvvəlcə Niderland təmsilçisi Ryan Fransz, ardınca isə rusiyalı Boqdan Antonianı məğlub edib. Yarimfinalda yunanıstanlı Nikolaos Nikolaidisə məğlub olan Elşən Fərzəliyev bürünc medal uğrunda görüşdə Moldova təmsilçisi Andrei Moldovanuya qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, qitə miqyaslı yarışda mükafatçılar sırasında yer alan idmançı daha əvvəl yeniyetmələr arasında Azərbaycan birinciliyində eyni çəki dərəcəsində Azərbaycan çempionu olmuşdu.
188 oxunub