XƏBƏR LENTİ
29 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb
İdman 19:55 / 11.03.2026

Azərbaycan Milli Olimpiya Komitəsi idman mühitində iştirak edən bütün şəxslərin, xüsusilə idmançıların hüquq və rifahının qorunması istiqamətində ardıcıl addımlar atır.

Olimpiyadunyasi.com Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu strategiyanın davamı olaraq, təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsizİdman Komissiyası yaradılıb.

Komissiya idman mühitində etik dəyərlərin, dürüstlüyün və ədalətli qərarların möhkəmləndirilməsinə töhfə verəcək, qəbul edilən siyasətlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək və strateji tövsiyələr təqdim edəcəkdir.

Komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:

AzərƏliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsizİdman Komissiyanın sədri

Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru

Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri

Fəridə Əzizova – Atletlər Komissiyasının sədri

Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri

Bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.


3549 oxunub

InvestAZ