XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Dünya Kuboku statuslu turnirdə 4 medal qazandılar
İdman 11:27 / 12.03.2026

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan millisi 18 ölkənin iştirak etdiyi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.


3656 oxunub

InvestAZ