XƏBƏR LENTİ
06 İyun 2025
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025
01 İyun 2025
30 May 2025



Voleybol millimiz İsveçə yollanıb
İdman 11:37 / 05.06.2025

Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz yarışdakı ilk oyununu iyunun 6-da ev sahibi İsveç millisinə qarşı keçirəcək. Komandamızın növbəti qarşılaşması isə iyunun 7-də keçiriləcək. Həmin gün rəqibimiz Gürcüstan kollektivi olacaq.

Qeyd edək ki, millimizin Avropa Gümüş Liqasındakı ikinci tur oyunları 13-15 iyun tarixlərində Azərbaycanda, üçüncü tur isə 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq.


555 oxunub

InvestAZ