XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025



Güclü külək Respublika stadionun dam örtüyünü uçurdu - FOTO
İdman 16:42 / 03.06.2025

İyunun 2-si axşam saatlarından paytaxtda başlayan güclü külək bir sıra fəsadlara yol açıb.

Güclü külək nəticəsində Tofiq Bəhramov adına Respublika Stadionunun dam örtüyünün bir hissəsi uçub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, stadionun 16-17-18-ci sektorlarını əhatə edən dam örtüyünə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri görülüb və hazırda stadionun ətrafı mühafizəyə alınıb.


4804 oxunub