XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Qrizmann 4 ay sonra sükutu pozdu 
İdman 11:54 / 24.06.2025
Madrid "Atletiko”sunun hücumçusu Antuan Qrizmann 4 aydan sonra qol həsrətinə son qoyub.
Olimpnews.az xəbər verir ki, 34 yaşlı forvard ABŞ-da keçirilən Klublararası dünya çempionatının üçüncü turu çərçivəsində Braziliyanın "Botofoqo” klubu ilə oyunda fərqlənib. Matçının ikinci hissəsində meydana daxil olan fransalı hücumçu 87-ci dəqiqədə fərqlənməklə ardıcıl 18 oyunluq qolsuzluğa son qoyub. Qrizmannın bu qolu komandasına qələbə qazandırsa da, "Atletiko” növbəti mərhələyə adlaya bilməyib. Madridlilər altı xal toplasalar da qol fərqinə görə "sambaçılar” pley-offa vəsiqə qazanıblar. "Atletiko” isə qrupu üçüncü pillədə başa vurub.
Qeyd edək ki, 34 yaşlı hücumçu sonuncu dəfə təxminən dörd ay əvvəl - fevralın 25-dən İspaniya kubokunun yarımfinalında "Barselona”ya qarşı oyunda qol vurmuşdu.


13789 oxunub

InvestAZ