XƏBƏR LENTİ
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025



Avropa birinciliyində 19 cüdoçumuz mübarizə aparacaq
İdman 15:59 / 24.06.2025

İyunun 26-29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatda Azərbaycan ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanların mübarizəsində ölkəni Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Abdullah Rəhmətov (81 kq), Səid Hüseynov (90 kq) və Tunar Fərzəliyev (+90 kq) təmsil edəcək.

Qızların yarışında isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova (44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) fəxri kürsüdə yer almağa çalışacaq.

Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.


380 oxunub

InvestAZ