XƏBƏR LENTİ
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib
İdman 16:20 / 04.03.2026
Stolüstü tennis üzrə ölkə çempionatı davam edir.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, "Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri qatılıblar. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında bacarıqlarını göstəriblər. Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa catıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran kollektivi üçüncü yeri tutub. 
Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatına martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
4047 oxunub

InvestAZ