XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Avarçəkənlər Bakı birinciliyində mübarizə aparıblar 
İdman 12:33 / 19.06.2025
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı birinciliyi keçirilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yarışda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı iştirak edib. Reqlamentə əsasən avarçəkənlər kayak növündə həm 1 nəfəlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı birinciliyinin qalibləri diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, açıq Bakı birinciliyi və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsədlərdən biri idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.

15142 oxunub

InvestAZ