XƏBƏR LENTİ
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



Daha bir cüdoçumuz dünya çempionatı ilə erkən vidalaşdı
İdman 14:48 / 17.06.2025

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında mübarizə aparan daha bir cüdoçumuz çıxışını başa vurub.

Çempionatın beşinci günündə tatamiyə ilk olaraq Vüqar Talıbov çıxıb. -90 kq çəkidə qüvvəsini sınayan idmançımız mübarizəyə 1/32 finaldan başlayıb. Təəssüf ki, 21 yaşlı cüdoçumuz ilk mərhələ səddini keçə bilməyib. O, gürcüstanlı Luka Maysuradzeyə uduzaraq çempionatla erkən vidalaşıb.

Bu gün həmçinin daha bir cüdoçumuz Elcan Hacıyev -90 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. İlk mərhələdən azad olan cüdoçumuz 1/16 finalda özbəkistanlı Nurbek Murtuzoyevlə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında komandamızın aktivində hazıra 1 bürünc medal var. Yeganə medalı ölkəmizə Zelim Tçkayev (-81 kq) qazandırıb.


9981 oxunub

InvestAZ