XƏBƏR LENTİ
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025
05 İyun 2025



Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
İdman 11:35 / 18.06.2025
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Bu gün - fərdi yarışların altıncı günündə Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) mübarizəyə başlayacaq. İlk mərhələdən azad olan cüdoçumuz 1/16 finalda Carred Kross (ABŞ) və Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq. Təsnifat görüşləri 13:30-dan etibarən start götürəcək. Final bloku isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırda komandamızın aktivində iki bürünc medal var. Ölkəmizə medalları Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) qazandırıb.
133 oxunub

InvestAZ