XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



“Sheki Open”in qalibi müəyyənləşdi
İdman 17:40 / 25.06.2025

Şəkidə "Sheki Open” beynəlxalq şahmat festivalına yekun vurulub.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. A qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.

Yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vasiliy Bernardskiy turniri ikinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.

B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.

Qeyd edək ki, "Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı "Shamaxhi Open” turniri start götürəcək.


15726 oxunub

InvestAZ