XƏBƏR LENTİ
06 İyun 2025
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025
01 İyun 2025
30 May 2025



Portuqaliya Millətlər Liqasının ilk finalçısı oldu
İdman 10:00 / 05.06.2025
Futbol üzrə UEFA Millətlər Liqasının ilk finalçısının adına aydınlıq gəlib. Bu, yarımfinalda Almaniya millisini mübarizədən kənarlaşdıran Portuqaliya komandasıdır. Almaniyadakı "Alinas Arena" keçirilən oyun portuqalların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2.
İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan oyunda hesabı bundestim təmsilçisi açıb. Matçın ikinci hissəsində - 48-ci dəqiqədə Florian Virts dəqiq zərbə ilə komandasını irəli çıxarıb. Lakin qarşılaşmanın 63-cü dəqiqəsində Çiko Konseysao hesabda bərabərliyi təmin edib -1:1. Vurulan qoldan beş dəqiqə sonra portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo səhnəyə çıxıb. 40 yaşlı futbolçu komandasına qələbə qazandıran qolun müəllifi olmaqla yanaşı, millidəki qol sayını 137-yə çatdırıb.
Qeyd edək ki, Portuqaliya millisinin finaldakı rəqibi bu gecə saat 23:00-da start götürəcək İspaniya - Fransa millilərinin oyunundan sonra müəyyənləşəcək.
613 oxunub

InvestAZ