XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Bu gün daha beş cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 11:39 / 28.08.2025

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatında ikinci yarış gününə start veriləcək.

İkinci yarış günündə üç çəki dərəcəsində daha beş cüdoçumuz tatami üzərinə çıxacaq. Qızların yarışında Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə (hər ikisi -48 kq), Asun Məmmədova (-52 kq), oğlanların mübarizəsində isə Röyal Qayıbov, Zeyd Ələsgərov (hər ikisi -60 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı komandamıza -50 kq çəki dərəcəsindəAnar Quliyev qazandırıb.

71 ölkədən 551 (294 oğlan, 257 qız) cüdoçunun mübarizə apardığı çempionatın fərdi yarışlarına avqustun 30-da yekun vurulacaq. Ertəsi gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.


13460 oxunub

InvestAZ