XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Yeniyetmə cüdoçularımız dünya çempionatında üçüncü yarış gününü medalsız başa vurdular 
İdman 13:25 / 29.08.2025

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.

Bu gün Azərbaycan komandasının iki çəki dərəcəsində daha iki idmançısı tatami üzərinə çıxıb. Təmsiilçilərimiz erkən mərhələdə rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar. Cüdoçularımızdan Məhəmməd Ağakişiyev (-73 kq) 1/16 finalda Atxan Biçoyevə (IJF) qalib gəlsə də növbəti mərhələdə serbiyalı Veliko Varniçiçə məğlub olaraq çıxışını medalsız başa vurub. Bu gün mübarizəyə başlayan xanım cüdoçumuz Səmayə Yusifli (-57 kq) isə 1/16 finalda yaponiyalı Nonoka Yamakava ilə bacarmayıb.

Qeyd edək ki, üç gündən sonra Azərbaycan komandasının aktivində iki bürünc medal var. Medalları komandamıza Anar Quliyev (-50 kq) və Avropa çempionumuz Zeyd Ələsgərov (-60 kq) qazandırıb.

Sabah başa çatacaq fərdi yarışların son günündə daha iki idmançımız - Sübhan Axundov (+90 kq) və Məsumə Məmmədli (-70 kq) tatami üzərinə çıxacaq.

Avqustun 31-də isə cüdoçularımız qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Qeyd edək ki, 71 ölkədən 551 (294 oğlan, 257 qız) idmançının mübarizə apardığı dünya çempionatında komandamız 15 (8 oğlan, 7 qız) cüdoçu ilə təmsil olunur.


13032 oxunub

InvestAZ