XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Ronaldonun uğur təqvim günündən 16 il keçir
İdman 16:44 / 29.08.2025
2009-cu il 29 avqust tarixi portuqaliyalı hücumçu Kriştianu Ronaldonun karyerasında yaddaqlan təqvim günlərindən biridir. 
O, 16 il əvvəl Madrid "Real"nın forması ilə ilk qolunu vurub. Futbolçunun debüt qolu İspaniya çempionatının ilk turunda "Deportivo” ilə matçda (3:2) olub. Görüşün 35-ci dəqiqədə Ronaldo penaltini uğurla yerinə yetirib.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2009-2018-ci illərdə Madrid klubunda çıxış edib. Həmin müddət ərzində o, bütün turnirlərdə 438 oyun keçirib, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.
Hazırda 40 yaşlı Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunda çıxış edir. Forvardın klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

12249 oxunub

InvestAZ