XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



MOK-da fiziki tərbiyə müəllimləri üçün təlim keçirilib 
İdman 15:42 / 28.08.2025
Avqustun 28-də Milli Olimpiya Komitəsinin inzibati binasında Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün təlim keçirilib.
Proqramın əsas məqsədi olimpizmin əsas dəyərləri - "hörmət”, "dostluq” və "mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.
Tədbirdə çıxış edən MOK-un əməkdaşı Nərmin Kərimova Olimpiya dəyərlərinin tədrisi üzrə seçilmiş təlimçilərə OVEP layihəsinin metadologiyası və əsas komponentləri ilə bağlı geniş məlumat verib. O qeyd edib ki, sentyabr, oktyabr aylarında Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Bakı şəhərində 11 rayon üzrə təlimlərə start veriləcək.
Çıxışdan sonra OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri ilə qrup şəklində interaktiv oyunlar və müzakirələr aparılıb.
Qeyd edək ki, Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2005-ci ildə yaradılıb.
13303 oxunub

InvestAZ