XƏBƏR LENTİ
06 İyun 2025
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025
01 İyun 2025
30 May 2025



İnzagi "Əl-Hilal"la iki illik müqavilə imzaladı
İdman 12:00 / 05.06.2025
Simone İnzagi Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubunun baş məşqçisi təyin edilib.
İtalyan məşqçi çərşənbə axşamı "İnter”dən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanı təmsilçisi ilə iki illik müqaviləyə imza atıb. İnzagi bu postda portuqaliyalı məşqçi Xorxe Xesusun yerinə keçib.
49 yaşlı mütəxəssisin "Əl-Hilal”da ilk debütü iyunun 18-də Mayamidəki Klublararası Dünya Çempionatının start matçında Madrid "Real”ına qarşı olacaq.
Qeyd edək ki, Simone İnzaginin komandası şənbə günü Çempionlar Liqasının finalında PSJ-yə 5:0 hesabı ilə məğlub olaraq 2019/20 mövsümündən bəri ilk mövsümünü kuboksuz keçirib.


462 oxunub

InvestAZ