XƏBƏR LENTİ
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Basketbol millimiz Belarusa yollanıb
İdman 10:53 / 11.06.2025

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskə yola düşüb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Evren Alkayanın baş məşqçisi olduğu kollektiv burada təlim-məşq toplanışı keçəcək.

Komanda toplanışda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcək. Hazırlıq prosesinə iyunun 19-da yekun vurulacaq.

Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litavın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.


4571 oxunub

InvestAZ