XƏBƏR LENTİ
16 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024



Ağırlıqqaldıranların Azərbaycan birinciliyi başa çatdı
Gündəm 12:47 / 03.10.2022
Oktyabrın 1-2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçirilib. 
Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edib. Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsindən ibarət olub. 
Yarışda müxtəlif çəki dərəcələri üzrə qalib və mükafatçıların adları müəyyənləşib. Qaliblər diplom və medallarla təltif olunublar.  
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin çox sayda hərbi qulluqçusu şəhid olmuş, bu səbəbdən 15-16 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınmışdı.
 

25422 oxunub

InvestAZ