XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Avropa kubokundan 6 medal
Gündəm 10:43 / 03.10.2022
Sloveniyanın Sele şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. 23 ölkədən 250 cüdoçunun (170 oğlan, 80 qız) iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda 18 (13 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub. Cüdoçularımız yarışı  3 qızıl,  2 gümüş və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalları Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov (66 kq),  Rəşid Məmmədəliyev (73 kq) qazandırıb. Gümüş medallara isə Kənan İsmayılov (60 kq) və Nəriman Mirzəyev (73 kq) sahib olublar. Ruslan Paşayev (66 kq) isə üçüncü yeri tutub.  

58012 oxunub

InvestAZ