XƏBƏR LENTİ
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Stolüstü tennisçilərimiz Tbilisidə uğurla yarışırlar
İdman 11:58 / 21.09.2022
Tbilisidə stolüstü tennis üzrə "WTT Youth Contender” turniri davam edir. İdmançılarımız daha iki yaş qrupunda mübarizə aparıblar. On beş yaşadək tennisçilərin turnirində uğurla çıxış edən Adil Əhmədzadə qrup mərhələsində Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri təmsilçilərinə qalib gələrək 1/16 finala yüksəlib. Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov da etimadı doğruldub. H.Eylazov Belçika və Qazaxıstan, R.Hacılı Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan idmançıları ilə mübarizədən qrup lideri kimi 1/16 finala vəsiqə qazanıb.
Onur Quluzadə isə 11 yaşadək tennisçilərin turnirində uğurla çıxış edib. O, qrup mərhələsində Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri idmançılarına qalib gələrək dörddəbir finala adlayıb.


23708 oxunub

InvestAZ