XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Qurban Qurbanov: “Bu gün qələbə qazandığımız üçün sevinirəm”
İdman 09:42 / 16.09.2022

"Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Allah şəhidlərimizə rəhmət etsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bunu bizdən gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm”.
Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın "Nant” komandasını Bakıda 3:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, futbol barədə düşünmək istəsək də, mümkün deyildi. İ”stər-istəməz cəbhədə baş verənlər müzakirə olunurdu. Rəqibin pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Təcrübə futbolçulara kömək etdi. Əlavə nə isə etdiyimi desəm, doğru olmaz. Daim futbolçuların yanında olduğumu demişəm. Bu oyunlardan ləzzət aldığımızı deyə bilmərəm. Sadəcə, Allahdan bu görüşü üzüağ başa vurmağı istəyirdim. Çox şükür, hər şey bizim tərəfimizdə oldu. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün uduza da bilərdik. Bəlkə də, Bakıda oynamağımız bizim üçün yaxşı oldu. Bütün xalqımız bizimlə idi”, - deyə Qurban Qurbanov bildirib.
Növbəti mərhələyə vəsiqə qazanmağı çox istədiklərini bildirən Q.Qurbanov deyib ki, amma rəqiblərimiz bəllidir. Hər biri çox ciddi və iddialıdır. Bizə daha ciddi yanaşırlar. Nə qədər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışacağıq. Futbolçularım çox istəklidirlər. Pley-offa çıxmaq istəyirik.
"Ölkədəki bütün klubların azarkeşlərinə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Əvvəlki oyunlarda da bunu hiss etmişəm. Çox mehriban xalqıq. Dostluqda çox möhkəmik”, - deyə baş məşqçi əlavə edib.

1103 oxunub

InvestAZ