XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Fərid Qayıbov: Hər kəsi İslamiadada qazanılmış medallara görə təbrik edirəm
İdman 10:48 / 12.08.2022
"Hər kəsi qazanılmış medallara görə təbrik edirəm. Hər bir idmançı fəxri kürsüyə qalxmaq istəyir. Bilirdik ki, bəzi idman növlərində medal şansları o qədər yüksək deyil. Həmin idmançılar finala çıxmasalar belə, güclü mübarizə apardılar. Onlara da öz təbriklərimi çatdırıram”.
Bu sözləri, gənclər və idman naziri Fərid Qayıbov V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərindəki Atletlər Kəndində təşkil olunmuş "Azərbaycan günü”ndə jurnalistlərə müsahibəsində deyib.
Nazir müsahibəsində ölkəmizin 24 idman növünün 22-də təmsil oldunduğunu diqqətə çatdırıb: "İslamiadada 22 idman növündə təmsil olunuruq. Deyə bilmərik ki, bizdə bütün idman növləri tarix boyu güclü olub və həmişə medallar qazanmışıq. Bilirsiniz ki, bir çox federasiya yenidən qurulub. Yeni rəhbərliklərlə mütəmadi görüşür, strategiyanı müzakirə edirik. Federasiyalar çox yaxşı işləyirlər. Onların işindən razıyam. Yaxşı menecment yaranıb. Bunun nəticəsi olaraq, hər bir idman növündə şanslar görürük”.
F.Qayıbov Konyada komanda üzvləri arasında çox yaxşı ab-hava olduğunu bildirərək deyib ki, məşqçilər, idmançılar hər gün yığışıb medalçıları qarşılayır, ad günlərini qeyd edirlər. Hər birinə minnətdarlığımı bildirirəm. Siz jurnalistlərə təşəkkür edirəm ki, idmançıların uğurlarını işıqlandırırsınız. İdman könüllülərimiz burada elə ab-hava yaradıblar ki, idmançılarımız özlərini evdə hiss edir. İndiyədək hər şeydən razıyıq. Ümid edirik ki, belə də davam edəcək.

11722 oxunub

InvestAZ