XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Bu gün təmsilçilərimiz Konya-2021-də 13 idmannövündə mübarizə aparacaqlar
İdman 09:53 / 11.08.2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Yarışın yeddinci günündə - avqustun 11-də Azərbaycan təmsilçiləri 13 idman növündə mübarizə aparacaqlar. Atletika yarışlarında qadınlar arasında üçtəkanla tullanma yarışlarında Yekaterina Sariyeva, kişilər arasında isə Nazim Babayev uzunluğa tullanma, Əlhəm Nağıyev isə 200 metr məsafəyə qaçış yarışlarında çıxış edəcək.

Taekvondo yarışlarında isə Minayə Əkbərova (46 kq), Fəridə Əzizova (67 kq), Taleh Süleymanov (80 kq) və Milad Beigi Harçeqani (87 kq) dayanq üzərinə çıxacaqlar.

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.

Kişi voleybolçulardan ibarət millimiz isə A qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.

Stolüstü tennis üzrə millimiz komanda yarışlarında mübarizə aparacaq.

Şose velosipedinin qrup ötüşməsi növündə ölkəmizi Elçin Əsədov, Viktoriya Sidorenko, Lalə Əbdürəhmanova təmsil edəcəklər.

Para-kamandan oxatma yarışlarında isə Azadə Abdullayeva, Şahin Cabbarov, Vüsal Kazımov, Əli Nəbiyev və Cahan Musayev fərdi yarışlarda çıxış edəcəklər.

Stend atıcılığının trap növündə ölkəmizi Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva təmsil edəcəklər.

Güləş yarışlarında isə İslam Bazarqanov (61 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Osmanov (79 kq), Osman Nurməhəmmədov (92 kq), Rahid Həmidli (125 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (62 kq), Gözəl Zutova (72 kq) döşək üzərinə çıxacaqlar.

İdman gimnastlarımız Nikita Simonov, Mənsum Səfərov və İvan Tixonov da medallar uğrunda mübarizə aparacaqlar.

Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 100 metr məsafəyə sərbəst və 150 metr məsafəyə medley üzrə yarışlarda çıxış edəcək.

Ağırlıqqaldırma yarışlarında Nazilə İsmayılova (45 kq) mübarizə aparacaq.

Paraatletika yarışlarında Hüseyn Həsənov hündürlüyə tullanmada iştirak edəcək.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.


3907 oxunub

InvestAZ