XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Konya-2021: Azərbaycan medal sıralamasında 8-ci pillədədir
İdman 09:27 / 09.08.2022
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 14 ölkənin idmançıları mükafatçılar sırasında yer alıb. Azərbaycan bu günə olan nəticələrə əsasən 1 qızıl medalla 8-ci pillədə yer alır. Yeganə qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Medal sıralamasına Türkiyə komandası başçılıq edir. Qardaş ölkənin hesabında 11 qızıl, 7 gümüş və 4 bürünc medal var. İlk üçlükdə Qazaxıstan (5-1-4) və Özbəkistan (3-2-4) qərarlaşıb. İran (2-7-2) dördüncü, Birləşmiş Ərəb Əmirlikləri (2-1-1) beşinci, Bəhreyn (1-1-2) altıncı, Uqanda (1-1-1) isə yeddinci pillədə yer alıb. Hesabında 1 gümüş və 2 bürünc medal olan Malayziya və Səudiyyə Ərəbistanı 9-10-cu pilləni bölüşürlər.

37401 oxunub

InvestAZ