XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Bu gün V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
İdman 10:26 / 09.08.2022
Bu gün V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq açılış mərasimi 3 saat davam edəcək. Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağırlıqqaldırma, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar. İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq. Azərbaycan idmançıları Konya-2021-də geniş heyətlə təmsil olunacaq. Komandamız Oyunlara ümumilikdə 281 idmançı ilə yollanıb. Bunlardan 10-u ağırlıqqaldırma, 12-si atıcılıq, 6-sı atletika, hərəyə 4-ü olmaqla kişi və qadınlardan ibarət 3x3 basketbol komandaları, 14-ü cüdo, 23-ü futbol, 28-i güləş, 17-si gimnastika (5-i idman gimnastikası, 3-ü aerobika, 9-u bədii gimnastika), hərəyə 16 olmaqla kişi və qadınlardan ibarət həndbol komandaları, 15-i karate, 24-ü kikboksinq, 8-i qılıncoynatma, 6-sı oxatma, 5-i para-oxatma, 1-i para-atletika, 1-i para-stolüstü tennis, 8-i stolüstü tennis, 14-ü taekvondo, 10-u velosiped, hərəyə 14-ü kişi və qadınlardan ibarət voleybol komandaları və 11-i üzgüçülükdür.

Açılış mərasimində Azərbaycan adı yazılan lövhəni güləşçi Hacı Əliyev daşıyacaq. Üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar. Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa Oyunlarının qızıl və bürünc mükafatçısıdır. Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, "Çağırış” kubokunun qalibi, "Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Avqustun 18-dək davam edəcək yarışda Azərbaycan komandasının Sef- de-missonu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədovdur.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.

Məlumat üçün bildirək ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

2901 oxunub

InvestAZ