XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İdmançı menyusu
İdman 16:19 / 07.07.2022

İdmanla məşğul olanlar hansı
qidalardan imtina etməlidirlər?

- Kofe. İnsanların əksər hissəsi kofe içməyi xoşlayırlar. Onların fikrincə, kofe insana enerji, sakitlik və ümumilikdə xoş əhval bəxş edir. Kofein itirilən enerjini bərpa edir. Lakin bu qısa vaxt ərzində çəkir. Orqanizm yenidən yorğunluq hiss etməyə başlayır. Kofeni yaşıl çayla əvəz etsək, həmin enerji və uzunmüddətli gümrahlığı uzun müddət tənzimləyə bilərik.

- Qablaşdırılmış souslar. Pomidor, pendir və xardaldan hazırlanmış ketçuplar orqanizm üçün böyük təhlükə mənbəyidir. Bunun bir sıra səbəbləri var. Ən başlıca səbəblərdən biri həmin sousların tərkibində süni rəngləndiricilərin, konservantların, şəkərin və digər ziyanlı tərkiblərin olmasıdır.

- Duz və şəkər. Həyatımızı duz və şəkərsiz təsəvvür edə bilərik? Onları qəbul etmədən yaşamaq mümkündür? Əlbəttə mümkündür. Orqanizmimizin şəkər ehtiyatını təbii balla ödəmək olar. Duzu isə limon suyundan və ədavalardan ala bilərik.

- Fastfudlar. Orqanizmimizə özümüz də bilmədən belə fastfudlarla "qənim kəsilirik”. Bu qidaların tərkibi rəngləndiricilər, konservantlar və kanserogenlərlə dəhşətli dərəcədə zəngindir. Bunlardan qaçmağı həkim dietoloqlar təkcə idmançılara deyil, hər bir insana məsləhət görürlər.

İdmançı bu qidalardan
imtina etməsə
nə baş verəcək?

- Qızarmış qidalarda kanserogenlərin yaranması qaçılmazdır. Bu isə sonradan bəd xassəli şişlərin yaranmasına gətirib çıxara bilər.

- Duz və şəkər orqanizmin tələbidir. Lakin mütəmadi istifadə hipertoniya üçün "gözəl imkan yaradır”. Hər ikisi el arasında "ağ ölüm” adını qazanıb. Böyrək, qaraciyər, mədəaltı vəzin bir nömrəli düşmənidir.

- Kor-koranə şəkildə zülal, karbohidrat, protein və minerallardan istifadə fəsadlara gətirib çıxara bilər. Lakin onların çatışmazlığı da orqanizm üçün təhlükə sayılır. Bədənimizdə vitamin və mineralların azlığı aclıq və halsızlıqla nəticələnəcək.

- Düzgün qidalanmadıqda bədəndə piylənmə yaranır. Nəticədə mədə və bağırsaq sıradan çıxır. Bəlkə unutmayaq ki, ən dadlı və şirin nemət cansağlığıdır

21214 oxunub

InvestAZ