XƏBƏR LENTİ
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



Bakıda Beynəlxalq Olimpiya Gününə həsr olunmuş konfrans keçirilir
İdman 14:53 / 24.06.2022
İyunun 24-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş "İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
Konfransın məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.
Respublikamızın bədən tərbiyəsi və idman sahəsinin görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universiteti və digər ali məktəblərin professor heyətinin də iştirak etdiyi tədbirdə Maykl Pol Luzmor, Denis Remedios, Roman Yahoda, Taro Netzer, Endi Leyn, Hayri Ertan, Artem Malqin, Nikolay Peşin kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər.
Tədbirin birinci günündə idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətlər üzrə aktual mövzularda məruzələr təqdim olunacaq.
Konfransın ikinci günü "İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, "Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və "Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə davam edəcək.

31182 oxunub

InvestAZ