XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
16:36
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Karlos Tevez məşqçiliyə başladı
İdman 12:20 / 22.06.2022
Futbol üzrə Argentina millisinin keçmiş hücumçusu Karlos Tevez məşqçiliyə başlayıb. 38 yaşlı veteran futbolçu öz ölkəsinin "Rosario Sentral" komandasını çalışdıracaq. Futbolçu ilə 1 illik müqavilə imzalanıb. Keçmiş forvard məşqçilik kruslarını bitirmədiyindən rəsmi protokolda baş məşqçi kimi göstərilməyəcək.
Qeyd edək ki, Karlos Tevez son olaraq vətənində "Boko Xuniors"un formasını geyinib. O, daha əvvəl İngiltərədə "Mançester Siti", "Mançester Yunayted" və "Vest Hem", İtaliyada "Yuventus" və Braziliyada "Korintians" klublarının da şərəfini qoruyub. Teves iyunun 4-də peşəkar futbolçu karyerasını başa vurub.

29024 oxunub

InvestAZ