XƏBƏR LENTİ
25 Dekabr 2025
24 Dekabr 2025
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025



Ançelotti: «Biz həmin məğlubiyyəti onların yadına salacağıq»
İdman 16:01 / 24.05.2022
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Liverpul"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis futbolçusu Məhəmməd Salahın 2018-ci ildə ÇL-in finalında "mersisaydlılar"a uduzmalarının (1:3) qisasını almaq istəməsi barədə açıqlamalarına da münasibət bildirib. Ançelotti deyib: "Real” 1981-ci ildə Avropa kubokunun finalında da Parisdə "Liverpul”a uduzub. Deməli, bizdə də qisas almaq istəyi var. Biz həmin məğlubiyyəti onların yadına salacağıq. Finaldakı oyunumuz qalib gəlməyə layiq olub-olmadığımızı göstərəcək. Fədakarlıq və motivasiya baxımından heç kim bizdən üstün olmayıb. Düşünürəm ki, qalib gəlmək üçün bu kifayət deyil, amma vacibdir. "Liverpul"a böyük hörmətimiz var, çox yaxşı komandadır. "Liverpul"a qarşı final oyunu üçün həyəcanlıyıq". Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
27221 oxunub

InvestAZ