XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Azərbaycan Basketbol Federasiyasının loqosu və devizi təqdim olunub
İdman 15:08 / 17.05.2022
Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) son beş ayda gördüyü işlərlə bağlı hesabat tədbiri keçirilib. Tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və federasiya prezidenti Emin Əmrullayev, ali təhsil ocaqlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Basketbol Federasiyasının yeni loqosu ictimaiyyətə təqdim olunub. Loqoda basketbol topu, basketbol meydançası, bayraq lentləri və buta simvolu yer alıb. Loqodan veb-saytlarda, milli komandanın formalarında istifadə ediləcək.
Bundan əlavə, milli komandanın formalarının da təqdimatı olub. Burada Azərbaycan adı, oyunçuların soyadı və forma nömrəsi əksini tapıb.
Tədbirdə həmçinin Azərbaycan Basketbol Federasiyasının "Yeni nəfəs, yeni başlanğıc" adllı devizi də açıqlanıb.

26734 oxunub

InvestAZ