Konfrans
 Liqasında yarımfinal mərhələsi başa çatıb. "Roma" ilk görüşdə 1:1 
hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edib. Paytaxt 
təmsilçiləri 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.
"Feyenoord"
 pley-off mərhələsində "Marsel"lə Fransada üz-üzə gəlib. Matçda hesab 
dəyişməyib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi
 finala adlayıb.
Beləliklə, turnirin finalında "Feyenoord" 
"Roma" ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı "Kombötare" 
stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası, yarımfinal
23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0
Qol: Abraham, 11
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Roma, "Olimpiko" stadionu
23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə)
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3
25 may
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)